Sənsiz yaşamağı öyrət mənə...
Unutdur sabahların günəşlə açılmasını,
Aydın gecələrdə ulduzların sayrışmasını.
Dənizin ənginliyini,
Ləpələrin sevgi nəğməsini unutdur mənə.
Al, götür əlimdən əlinin istisini,
Saçlarımdan sığalını sən.
Sil qəlbimdən, sənsiz ölən,
Nakam sevgi nağılını sən.
Getdiyin yolların izini,
Vüsalın şirin sözünü,
Mutluluğun özünü unutdur mənə.
Gecələrin şirin röyasını,
Arzularımın xəyal dünyasını,
Həyatın sevgi simfoniyasını unutdur mənə.
Budur sənsizlik,
Sənsiz yaşamağı öyrət mənə... - AY Seli