MAYIS TÜRKÇÜLÜK BAYRAMI – BÜTÜN TÜRK DÜNYASINA KUTLU OLSUN
BİZ BİR AD ALTINDA BİRLƏŞMİŞİK – ULU TÜRK!
YAŞA TÜRKÜM
Ulu Tanrı, yetir məni arzuma:
Türk soyumun şan-şöhrəti ucalsın.
Oğuz Xaqan oğulları hər yandan
Hayqıraraq, bu dünyaya səs salsın.
Altaylarda, Tanrı dağda, Uyğurda
Türkün birlik hayqırtısı yüksəlsin.
Alp Arslanın, Bəyazidin ordusu
Anadolu çöllərində səflənsin.
İnanıram, həmin zaman gələcək:
Türkün səsi ulduzlara çatacaq.
Mərd ərənlər düşmənləri basaraq,
Turan ellərində ocaq çatacaq.
Göy Tanrıdan mavi işıq enərək,
Atəş kimi könüllərə dolacaq.
Xatun anam Humay xeyir-duası
Türk oğlunun başı üstdə olacaq.
Altun paltar geyib türkün igidi
Doğudan Batıya yürüş edəcək.
Osman Qazi, Şah İsmayıl, Atatürk
Zəfər yürüşündə öndə gedəcək.
Böyük Turan nəğməsini qoşacaq
Ozan Arif, Araz Elsəs baş-başa.
Əhməd Şəfəq səsləyəcək bozqurdu!
Əzəmətli, Ulu Xalqım, sən yaşa,
Əzəmətli, Ulu Türküm, min yaşa!!!