Ağlasığmazlığın ağlasığanlığı üstələməsindən, "fəlsəfənin yoxsullaşması"ndan,
bəşəri fəaliyyəti xaosa sürükləyən "fəlsəfəsizlik sindromu"ndan qorxuram...
Bütün dünyanı çənginə almış mənəviyyatın böhranından,
ruhun cılızlaşmasından qorxuram.
İnsanın idarəolunmaz təbiətin deyil,
öz yaratdığı fəlakətlərin,
törətdiyi dəhşətlərin qarşısında duruş gətirə bilməməsindən,
ağlını, şüurunu doğru-dürüst istifadə edə bilməməsindən qorxuram.
Qorxuram...
Mərhəmətin, şəfqətin, şərəfin, ləyaqətin tam ölməsindən,
"məndən ötsün, qardaşıma dəysin" prinsipinin insanlığın acı gerçəyinə çevrilməsindən qorxuram.
İnsanlığın tam ölməsindən,
bəşəriyyətin məhv olmasından qorxuram.
Qorxuram...
AY Seli