Sədr müavini Adil Qeybulla : Azərbaycan miili-istiqlal hərəkatının önəmli simalarından biri, 1992-ci il milli hökumətinin xarici işlər naziri, millət vəkili, ruhən müstəqil və demokrat olan böyük ziyalı Tofiq Qasım qürbətdə haqqın dərgahına qovuşdu. Ölüm bir haqdır, amma həyatını millətin azadlığına həsr etmiş bir insanın Vətəndən xeyli uzaqlarda, həsrət içində haqqa qovuşması ürəkağrıdıcı bir mənzərədir... Görünür bu da bir taledir. Təəssüf kimi bu taleni 1918-20-ci illərin ADR hökumətinin rəhbərləri olan qurucu babalarımız da yaşamışdılar. Tarix təkrar olunur!
Xatırlayıram, hələ 90-cı illərin optalarında Tofiq Qasım MTN təcridxanasından azad ediləndə bir müddət onun səhhətindəki problemlərlə məşğul olmaq partiiya qərarı ilə mənə həvalə edilmişdi. Tofiq Qasımı mən hələ hərəkatdan tanıyırdım. Tez-tez gonağı olduğum qohumlarımla Milli Məclisin yaxınlığındakı binada bir həyətdə yaşayırdı. O həyətdə insanları başına yığar, onlara imperiya əleyhinə təbliğat aparırdı, insanlar onu çox mübariz, məlumatlı, savadlı bir ziyalı kimi qəbul etdiyindən söhbətlərinə maraqla qulaq asardılar. O ictimai fiqur ki, tarixi gəlişmələrin mühüm bir mərhələsində parladı və sona qədər sönmədi, metamorfoza uğramadı!
Tofiq Qasım insanların qəlbində özünə hörmət və qürurla anılacaq ləyaqət heykəli qoya bildi.