Dünən Atatürk Mərkəzində forma və məzmunca bir-birini tamamlayan bir tədbirdə iştirak etdim. Öncəliklə bu tədbirin səbəbkarları olan Türkiyəli iş adamları Özgür Honça,İbrahim Gölgəli,araşdırmaçı yazar Atilla Oral bəy əfəndilərinə və təşkilatçı ,dəyərli yol yoldaşım Rəsmiyə xanım Qarayevaya öz təşəkkürümü bildırirəm. Bu gənclər Avropa Mərkəzi Bankına aid Fransanın "Obhertur" mətbəəsində üzərində Azərbaycan Xalq Cümhuriyyətinin memarı Məhəmməd Əmin Rəsulzadənin və Bakı Fatehi ,Qafqaz İslam Ordusunun komandanı,general-leytenant Nuru Paşanın rəsmləri olan 0 Euro suvenir xatirə pul nişanı hazırlatmağa nail olmuşlar.
Məlumat üçün bildiririk ki, bu tip suvenir banknotları Avropa Mərkəzi Bankının nəzarətində olan və həqiqi Euro çap edilən Euro Banknote Memory Şirkəti həyata keçirir. Bu Şirkətdən lisenziya alan şəxslər tələb olunan vəsaiti ödəməklə istənilən suveniri hazırlatdıra bilərlər. Təəssüflər olsun ki, soydaşlarımızdan belə bir lisenziyaya sahib olanı yoxdur. Bu lisenziyaya sahib , millət sevdalıları olan Özgür və İbrahim bəy əfəndiləri lazım olan vəsaiti ödəyərək dünən təqdimatı keçirilən xatirə pul nişanını çap etdirmişlər.
" Cümhuriyyətsiz 15 sentyabr, 15 sentyabrsız Cümhuriyyət ola bilməzdi" deyən böyük şəxsiyyəy M.Ə.Rəsulzadə və Bakı fatehi Nuru Paşa ruhunuz şad olsun!
Özgür və İbrahim bəy əfəndilər eyni zamanda üzərində "Republic of Artsax " və " Qarabağ Azərbaycan tərəfindən işğal olunmuşdur " sözləri yazılmış xatirə nişanının ermənilər tərəfindən buraxılmasının qarşısını almışlar. Məhz onların səyi, mübarizəsi nəticəsində ermənilərin təxribatının qarşısı alınmış, proses dayandırılmışdır.