İlin bütün fəsilləri gözəldir. Amma nədənsə payız fəsli məndə nostalji hisslər oyadır. İllah da hava tutqun, küləkli olanda və soyuq payız yağışı yağanda qəm-kədər üstələyir...
PAYIZ OVQATI
Pəncərəmdən baxıram
Aramla yağış yağır.
Qəlbimə kədər çökür,
Ən ağır yükdən ağır.
Göyün üzü tutulub,
Sanki Günəş heç yoxmuş.
Kimsə gözə görünmür,
Elə bil həyat durmuş.
Elə yaddır ruhuma
Ovqatı son payızın.
Ürəyim heç açılmaz
Gəlməsə ətri yazın.
Nə Günəşin istisi,
Nə nuru var qəlbimdə.
Soyuq payız yağışı
Yaş olur gözlərimdə.
Bir tənhalıq bürüyür
Varlığımı büsbütün.
Nə gecə, nə gün bitir,
Sonu yoxmuş həsrətin...
AY Seli